Əsas məzmuna keç
DEMO Systems
DEMO Systems

Haqqımızda

Səkkiz ildir Azərbaycan şirkətləri üçün proqram təminatı yazırıq.

DEMO Systems 2017-ci ildə dörd proqramçının komandası kimi başladı. Bu gün 22 nəfərik.

Nə yazırıq

Anbar və satış sistemləri, daxili portallar, mobil tətbiqlər və mövcud sistemlərin bir-birinə bağlanması. Hazır məhsul satmırıq — hər layihə sifarişçinin prosesinə görə qurulur.

Necə işləyirik

Əvvəlcə prosesi öyrənirik. Bir-iki gün sizin ofisdə oluruq, işin necə getdiyini görürük. Yalnız bundan sonra texniki tapşırıq yazılır.

Layihə iki-üç həftəlik mərhələlərə bölünür. Hər mərhələnin sonunda işləyən nəticə görürsünüz — altı ay gözləmirsiniz.

Kod kimindir

Layihə bitəndə mənbə kodu tam sifarişçiyə verilir. Sənədləşmə də daxil. Bizdən asılı qalmırsınız — istəsəniz başqa komanda davam etdirə bilər.

Dəstək

Təhvildən sonra üç ay pulsuz dəstək. Sonra istəyə görə aylıq müqavilə — cavab müddəti müqavilədə göstərilir.

WhatsApp-da yazın