Suallar
Ümumi
Layihə nə qədər çəkir?
Orta ölçülü anbar və ya satış sistemi 3-5 ay. Mobil tətbiq 4-6 ay. İnteqrasiya işləri adətən 3-6 həftə. Dəqiq müddət texniki tapşırıqda yazılır.
Kod bizə verilirmi?
Bəli, tam şəkildə — sənədləşmə ilə birlikdə. Bizdən asılı qalmırsınız. İstəsəniz başqa komanda layihəni davam etdirə bilər.
Təhvildən sonra dəstək varmı?
Üç ay pulsuz — bu müddətdə aşkarlanan səhvlər bizim hesabımıza düzəldilir. Sonra istəyə görə aylıq dəstək müqaviləsi bağlanır.
Mövcud sistemimizi dəyişə bilərsinizmi?
Əvvəlcə texniki audit aparırıq — kodun vəziyyətinə baxırıq. Bəzən dəyişiklik yenidən yazmaqdan bahalı olur. Nəticəni yazılı bildirir, qərarı sizə buraxırıq.
Qiymətlər
Layihənin qiyməti necə müəyyən olunur?
İlk görüşdən sonra texniki tapşırıq hazırlanır və qiymət ona görə verilir. Texniki tapşırıq özü pulsuzdur. Sonradan əlavə funksiya istəsəniz, ayrıca qiymətləndirilir — amma razılaşdırılmadan iş görülmür.