Əsas məzmuna keç
DEMO Systems
DEMO Systems

Hazır sistem almaq, yoxsa sifarişlə yazdırmaq?

20 avqust 2026 · 1 dəq

Hər ikisinin yeri var — seçim prosesinizin nə qədər özünəməxsus olduğundan asılıdır.

Bu sual bizə tez-tez verilir və cavab həmişə «sifarişlə yazdırın» deyil.

Hazır sistem nə vaxt uyğundur

Prosesiniz standartdırsa. Adi ticarət, sadə mühasibat, tipik anbar — bunlar üçün hazır həllər var və onlar ucuzdur.

Üstəlik hazır sistem sabah işə düşür, altı ay gözləmirsiniz.

Sifarişlə nə vaxt

Prosesiniz rəqiblərinizdən fərqlənirsə və bu fərq sizin üstünlüyünüzdürsə. Hazır sistemə keçmək o üstünlüyü itirmək deməkdir.

Və ya artıq bir neçə sistem işlədirsiniz, onları bağlamaq lazımdır.

Orta yol

Bəzən ən yaxşı variant hazır sistemi almaq və onun üzərinə sizə lazım olan hissəni yazmaqdır. Bunu da edirik.

Oxşar yazılar

WhatsApp-da yazın